Fazil Mustafa Bayram Səfərovu tənqid etdi

Fazil Mustafa Bayram Səfərovu tənqid etdi 

"Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin Dağlıq Qarabağ ermənilərinə müraciətinin məzmunu da siyasi cəhətdən məqsədəuyğun idi və erməni dilində müraciət də doğru diplomatik gediş idi.

 Hər şeyi erməninin üstünə atmaqla iş bitmir"

Bunu deputat Fazil Mustafa deyib.

"Özümüz uzun müddət bu qurumu Bayram Səfərovun obrazında fəaliyyətsiz vəziyyətə salmışıq, indi anlayırıq ki, bu itirilən vaxt nə qədər zərərimizə işləyib. Söhbət ondan getmir ki, Tural Gəncəliyev fövqəladə bir şeylər etməya nail olacaq. Bunu gözləməyə də əsasımız yoxdur. Ən azı beynəlxalq auditoriyaya vaxtaşırı müraciət etməsi, azərbaycanlı icmanın varlığı barədə təsəvvürü genişlətməsi də böyük əhəmiyyət daşıyır" - F.Mustafa qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi