
Fəzail İbrahimli Masallı rayonunda ziyalı Ədalət Nemətovu ziyarət edib -FOTOLAR
Milli Məclisin deputatı professor Fəzail İbrahimli Masallı rayonunda uzun illər Masallı rayonu Təhsil şöbəsinə rəhbərlik etmiş ağsaqqal ziyalı Ədalət Əlövsət oğlu Nemətovu səhhətində yaranmış problemlə bağlı ziyarət edib.
Millət vəkili Ədalət müəllimin səhhəti və hazırkı vəziyyəti ilə maraqlanıb.Fəzail İbrahimli Ədalət müəllimlə səmimi söhbət edib, onun uzun illər ərzində həyata keçirdiyi pedaqoji və rəhbərlik fəaliyyəti, Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr barədə fikir mübadiləsi aparıb. Eyni zamanda, Ədalət müəllimin hazırkı ehtiyacları ilə maraqlanaraq ona diqqət və qayğısını ifadə edib.
Qeyd edək ki, ömrünün böyük hissəsini Azərbaycan təhsilinin inkişafına həsr etmiş Ədalət Nemətov uzun illər pedaqoji və rəhbər vəzifələrdə çalışaraq, gənc nəslin təlim-tərbiyəsi və təhsil sahəsinin inkişafı istiqamətində mühüm xidmətlər göstərib. Fəzail İbrahimli Ədalət müəllimin uzun illər Masallı təhsilinin inkişafındakı xidmətini yüksək qiymətləndirmişdir.
Millət vəkili Ədalət müəllimə möhkəm can sağlığı, tezliklə şəfa tapmasını, ruh yüksəkliyi və uzun ömür arzulayıb. Onun zəngin həyat və fəaliyyət yolunun, təhsil sahəsindəki xidmətlərinin daim hörmətlə xatırlandığını vurğulayıb.
Faktinfo.az
















Bu xəbər üçün şərh yazın