
“Rabitəbank” 14 mln. manata yaxın mənfəət əldə edib, amma vergisini hesablamayıb
“Rabitəbank” ASC 2026-cı ilin yanvar-sentyabr aylarında 13,757 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, maliyyə göstəricilərində mənfəət vergisi üzrə xərc əks etdirməyib.
Tribuna.az xəbər verir ki, bu, bankın cari ilin ilk 9 ayı üzrə maliyyə göstəricilərindən məlum olur.
Hesabat dövründə bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb. Bununla belə, bankın mənfəət vergisi üzrə göstəricisi sıfır təşkil edib.
Beləliklə, “Rabitəbank” ilin ilk 9 ayında təxminən 13,8 milyon manat xalis mənfəət açıqlasa da, hesabatında mənfəət vergisi xərci göstərməyən 6 bankdan biri olub.
Qeyd edək ki, bankın mənfəət vergisi üzrə xərcinin sıfır olması əvvəlki illərin vergi zərərləri, vergi güzəştləri və ya vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqlərlə bağlı ola bilər.












Bu xəbər üçün şərh yazın