“Filipp Kirkorovla danışdım...“ - AygündənAÇIQLAMA

“Filipp Kirkorovla danışdım...“ - AygündənAÇIQLAMA 

Xalq artisti Aygün Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovun atasının Qarabağa etdiyi humanitar yardımdan yazıb.

Sosial şəbəkə hesabında bu barədə məlumat verən sənətçi F.Kirkorovla telefon əlaqəsi yaratdığını, onun məlumatı təkzib etdiyini bildirib:

"Son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Filipplə əlaqə saxlamağı özümə borc bildim və hər şeyi danışdıq. Filipp mənə dedi ki, "Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz. Bu xəbərlər yalandır, böhtandır. Belə bir addım atılmayıb. Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm".

Xatırladaq ki, bir neçə gün öncə  Rusiya estradasının kralı Filipp Kirkorovun atasının Ermənistan ordusuna maddi yardım etdiyi bildirilirdi. Xəbərə görə Rusiyanın erməni xalq artisti Bedros Kirkorov (əslində Kirkoryan) Qarabağdakı erməni ordusu üçün 2 milyon 600 min rubl (33 min dollar) toplayıb. /Yenisabah.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi