Fitrə 10-15 manat? – Alim etiraz etdi

Fitrə 10-15 manat? – Alim etiraz etdi 

Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı ilə bağlı adambaşına 10-15 manat tövsiyə etməsi sadə insanlar kimi, bəzi ziyalıların da narazılığına səbəb olub.

Faktinfo.az Kult.az-a istinadən xəbər verir ki, insanlar bu vəsaitin çox olmasını əsas gətirərək, ailələrin fitrə zəkatını imkanları daxilində çıxarmasının daha doğru olduğunu bildirirlər.

Fəlsəfə üzrə tanınmış alim Mail Yaqub da bildirib ki, islamda fitrə zəkatı belə hesablanır:

“Ən çox hansı qidadan istifadə edirsənsə, həmin qidadan 3 kilo ehtiyacı olan insanlara fitrə zəkatı verirsən. Vəssalam. Məsələn, ən çox yediyin qida çörəkdirsə (Azərbaycanda adətən belədir), demək, adama 3 kilo buğda və ya buğdanın pulu verilməlidir. Bu isə maksimum 2 manat, 5 nəfərlik ailə üçün cəmi 10 manat fitrə zəkatı edir”.

Alim qeyd edib ki, imkanı olanlar daha çox yardım edə bilərlər. Amma vacib olan 2 manat civarındadır.

“İnsanları çətinliyə salmayaq!” – deyə alim vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər