Fransa səfiri İran XİN-ə çağırıldı
Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu məlumatı İRİB televiziyası yayıb.
Buna səbəb ölkədə Məhəmməd Peyğəmbərin karikaturalarının yayımlanmasında hökumətin dəstəyi olub.
Səfirə Məhəmməd Peyğəmbərə münasibətdə istənilən təhqir və hörmətsizliyi Tehranın qınadığı bildirilib.
Qeyd edək ki, Fransa lideri Makron “söz azadlığına” görə Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsinə mane olmayacağını bildirmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın