"Fransız markalı malları almayın!" - Ərdoğan
“Bizim dinimizdə xristian olmaq günah deyil, biz ona da sahib çıxırıq.
Eyni şəkildə musəviyə də sahib çıxırıq. Ancaq gəlin Fransada əgər müsəlmanlara qarşı bir zülm varsa, hamımız birgə biz ora da sahib çıxaq deyə buradan dünya liderlərinə səslənirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mövludi Nəbi Həftəsi Açılış proqramında çıxışı zamanı söyləyib.
“Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın!”, - ölkə başçısı vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın