Füzuli rayon ərazisində həssas təbəqədən olan insanlara diqqət ön planda saxlanılır-

Füzuli rayon ərazisində həssas təbəqədən olan insanlara diqqət ön planda saxlanılır- RİH

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi tariximizə şanlı səlnamə olaraq daxil oldu.

Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu öz şərəfli missiyasını layiqincə yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa edildi, tarixi ədalət bərqərar oldu.

   Vətən müharibəsində qazandığımız böyük Zəfəri bizlərə bəxş edən qəhrəman şəhidlərimizin ailələri, müharibə əlilləri, veteranlar hər zaman dövlətin, şəxsən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşdur.

   Ölkə başçısının apardığı siyasətə uyğun olaraq, Füzuli rayon ərazisində də həssas təbəqədən olan insanlara diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi hər zaman ön planda saxlanılır.

    Faktinfo.az xəbər verir ki,Füzuli rayonunda ümümlikdə 757 nəfər  Qarabağ müharibəsi şəhidi, 181 itkin, 6 Milli Qəhrəman və 3 Vətən Müharibəsi Qəhrəmanı vardır. Şəhidlərdən 78 nəfəri Vətən Müharibəsi şəhididir. Bir nəfər isə Vətən Müharibəsindən sonra erməni təxribatının qarşısını alan zamanı şəhid olmuşdur.

    Füzuli rayonu üzrə 516 nəfər Qarabağ müharibəsi əlili, 2578 nəfər  Qarabağ müharibə veteranı vardır. Qarabağ Müharibəsi əlillərindən 67-si Vətən müharibəsi əlili, Müharibə veteranlarında 1369 nəfəri isə Vətən müharibəsi veteranıdır.

   Füzuli rayonunda qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil növbəsinə götürülməli olan imtiyazlı şəxslərin-şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin siyahısı tam şəkildə hazırlanmış və aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.                                                                                                

   Son iki il müddətində rayon ərazisində yaşayan 50 nəfər Vətən Müharibəsi şəhidinin ailəsi müxtəlif müəssisələrdə işlə təmin olunmuşdur. Bir nəfər Vətən Müharibəsi şəhidinin övladı Füzuli Rayon İcra Hakimiyyəti Aparatında ali təhsilinə uyğun olaraq dövlət qulluğunda işlə təmin olunmuşdur. 23 Vətən Müharibəsi şəhidinin ailəsi özünəməşğulluq proqramı çərçivəsində iri-buynuzlu mal-qara ilə təmin olunmuşdur.  Füzuli rayon ərazisində yaşayan 38 nəfər Vətən Müharibəsi əlili və 20-ə yaxın Vətən müharibəsi veteranı müvafiq işlərlə təmin olunmuşdur. Füzuli rayonunda özəl sektor üzrə çalışan sahibkarlar öz təşəbbüsləri ilə bir neçə şəhid ailəsini və müharibə əlilini işlə təmin etmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin işlə təmin olunması mütamadi olaraq davam etməkdədir. Vətən Müharibəsinin 3 şəhid ailəsi və 4 nəfər qazisi öz istəklərinə görə hələki işlə təmin olunmamışdır. Onların istədikləri işlər üzrə vakansiya yarandığı halda onlarında işlə təminatı həyata keçiriləcəkdir. Əlavə olaraq qeyd edək ki, rayon rəhbəri tərəfində ali təhsilli müharibə əlilləri və müharibə iştirakçılarından 6 nəfəri  dövlət qulluğunda müxtəlif vəzifələrə təyin olunmuş, hazırda bu proseslər davam etməkdədir.

        Füzuli rayonunda bundan sonra da həssas təbəqədən olan şəxslərə diqqət və qayğı ilə yanaşılması əsas vəzifə olaraq ön planda saxlanılacaqdır.



Füzuli rayon ərazisində həssas təbəqədən olan insanlara diqqət ön planda saxlanılır-Füzuli rayon ərazisində həssas təbəqədən olan insanlara diqqət ön planda saxlanılır-Füzuli rayon ərazisində həssas təbəqədən olan insanlara diqqət ön planda saxlanılır-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi