Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Əhmədbəyli kəndində keçirilib

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Əhmədbəyli kəndində keçirilib 

Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon icra hakimiyyətindən Faktinfo.az-a verilən məlumata görə,Alı Alıyev sosial sahədə atılan uğurlu addımlardan danışıb: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib”.

Qeyd edək ki,Əhmədbəyli kəndinin ümumi əhalisi 3119 nəfərdi. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 2744 nəfərə hər ay 109760.00 manat vahid aylıq müavinət ödənilir, 6 ailəyə ünvanlı sosial yardım təyin edilib, 18 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Əhmədbəyli kəndində 11 şəhid ailəsi var.

Kənd sakinlərindən 167 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 189 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Faktinfo.az

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Əhmədbəyli kəndində keçirilibFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Əhmədbəyli kəndində keçirilibFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Əhmədbəyli kəndində keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər