
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Əhliman Seyidova təşəkkürünü bildirdi- - FOTOLAR
Sentyabr ayının 22-də Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini olan 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının Füzuli rayonun Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində ehtiyyatsızlıqdan kanala yıxılıb.
Faktinfo.az xəbər verir ki,Füzuli beynəlxalq hava limanında operator (kran sürücüsü) işləyən, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlu fədakarlıq göstərərək kanalda boğulmaqda olan qızın həyatını xilas edib. Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlunu, Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev qəbul edərək göstərdiyi fədakarlığa görə öz təşəkkürünü bildirib.
Əhliman Seyidov da öz növbəsində baş verən hadisədə fədakarlıq göstərməsinin diqqətdən kənarda saxlanılmamasına görə,rayon rəhbərinə minnətdarlığını bildirib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın