Füzuli Rayon Prokurorluğunun əməkdaşları 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təltif olunub-FOTO
01 oktyabr 2021-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə Azərbaycan Prokurorluğunun 103-cü ildönümü və “01 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib.
Faktinfo.az-a verilən məlumata görə, tədbirdə YAP Füzuli Rayon Təşkilatının sədri, rayon prokurorluğunun əməkdaşları, rayonun hüquq –mühafizə orqanlarının rəhbərləri, bir qrup ərazi icra nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, Füzuli Dövlət Dram Teatrının bir qrup işçisi, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rəhbərliyi ilə Füzuli Dövlət Dram Teatrında davam etdirildi. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikası ərazilərinin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirilib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Rayon prokuroru Elnur Rüstəmov diqqətə çatdırıb ki, Füzuli də prokurorluqla digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı əlaqə nəticəsində rayonda sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
Görüşün sonunda rayon prokurorluğunun bir sıra əməkdaşlarına Füzuli Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
Bu xəbər üçün şərh yazın