Füzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib

Füzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır.

   Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Artiq ikinci ildir ki, 27 sentyabr respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da rəsmi anım tədbirləri keçirilir. Rəsmi anım tədbirinə qədər rayon ərazisində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidələr, şəhid məzarları, barelyef və şəkil lövhələr yenilənib, təmizlənib və  abadlaşdırılıb. Bu gün isə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda 27 sentyabr Anım Günü münasibərilə tədbir keçirildi. Tədbirdə RİH-nin başçısı Alı Alıyev, Milli Məslisin deputatı Vüqar Bayramov, digər hərbi və dövlət qurumlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.

 

Faktinfo.az xəbər verir ki,tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun yazdığı şanlı Zəfər tarixindən bəhs etdi. Şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan rayon rəhbəri 27 sentyabr Anım Gününün təsis edilməsini ölkə başçısı tərəfindən şəhidlərin xatirəsinə sonsuz ehtiramın, eləcə də şəhid doğmalarına həssas münasibətin  bariz nümunəsi olduğunu diqqətə çatdırdı.

Milli Məclisin deputatı Vüqar Bayramov  çıxış edərək Vətən müharibəsi nəticəsində qazanılmış Qələbə ilə tarixi ədaləti bərpa edən şanlı Azərbaycan ordusunun şücaətindən, öz missiyasını şərəflə yerinə yetirməsindən söz açdı. Millət vəkili bu qalibiyyətin mənbəyində  şəhidlərin və qazilərin qəhrəmanlıqlarının dayandığını vurğuladı.

Daha sonra  şəhid anaları Rəfiqə Novruzova, Tamella Məmmədova, Lətifə Zamanova, qazilər  Sevindik İsmayılov, Üzeyir Nəcəfov, Səbuhi Qurbanov   çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.  

Tədbir  şəhidlərin abidələri önünə tər qərənfillər düzülməsi, şəhidlərin ruhuna dualar oxunması ilə davam edib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Füzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilibFüzuli rayonunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi