Füzuli rayonunda "31 Mart soyqırım" günü dəyirmi masada müzakirə olunub - FOTOLAR
Füzuli rayonunda “Mart soyqırımına düzgün hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir” adlı dəyirmi masa keçirilib.
Füzuli rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir. 31 mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında “ Mart soyqırımına düzgün hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada RİH əməkdaşları, şəhid ailəsi və qazilər, İctimai Şura üzvləri və gənclər iştirak ediblər.
Faktinfo.az xəbər verir ki,çıxışlar başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, Mart soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək XX əsrin əvvəlində xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin, qətilyamların tariximizdə faciəvi bir səhifə yaratdığını vurğulanıb.Gülbahar Eyvazova Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bir xalq olaraq yaşadığımız digər faciələrlə yanaşı Mart soyqırımına da düzgün hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Daha sonra RİH əməkdaşları Qabil Əliyev, Rahib Bağırov, Füzuli Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şahanə Kərimova,Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Xalisə Məmmədova, İctimai Şuranın üzvü Tural Nəbiyev mövzu ətrafında geniş məruzə ilə çıxış etdilər. Dəyirmi masa fikir mübadiləsi və diskusiyalar şəraitində davam edib.
Bu xəbər üçün şərh yazın