Füzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib

Füzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib - FOTOLAR

Bu gün , Füzuli rayonunun ərazisində yerləşən “Təbriz” Şadlıq sarayında, Füzuli rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə, “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib.

 Tədbirdə ,rayonun ərazisində yaşayan Şəhid ailələri və Şəhid övladları ilə birgə , Füzuli RİH- nin və YAP Füzuli rayon təşkilatının əməkdaşları,  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri həmçinin, RİH yanında İctimai Şuranın üzvləri, İB və QHT rəhbərləri, ictimaiətin və Partiyanın fəal üzvləri iştirak etmişdir .

Tədbir, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Faktinfo.az xəbər verir ki,ilk əvvəl,Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə, Şəhid ailələrini və Şəhid övladlarını,  həmçinin tədbirin bütün iştirakçılarını təbrik etdi. O, öz çıxışında bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızı bir-birinə bağlayan,  Azərbaycana məhəbbəti, milli mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılıq hissləridir.Bunun nəticəsidir ki, 44 Günlük Vətən Müharibəsində , siyasi əqidəsindən, milli mənsubiyyətindən aslı olmayaraq, hər bir Azərbaycan Vətəndaşı milli həmrəylik nümayiş etdirdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı ” Zəfər Günü” adlı tarix yazdı.

Ona görə də, bu Zəfərdə, canından keçən Şəhidlərin  ailələri və övladları  qayğı ilə əhatə olunmalı, onların bütün  mümkün olan istəkləri yerinə yetirilməli və daim diqqət mərkəzində olmalıdır .

YAP Füzuli rayon təşkilatının Sədri Almaz Həşimova, isə öz çıxışında bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun qeyd edilməsi, dünyanın hər bir nöqtəsində yaşayan Azərbaycanlıların milli birliyini , həmrəyliyini daha da möhkəmləndirir.

Üçüncü ildir ki, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Azad olunmuş torpaqlarımızda qeyd edilir. “Dəmir Yumruq” kimi birliyimiz, həmrəyliyimiz tarixin 44 Günlük Zəfərini yazdı.

Bu Zəfərdə, canından keçmiş bütün Şəhidlərimizin ailələrinə və övladlarına daim diqqət göstərilməli, eyni zamanda , bütün əlamətdar günlərdə Şəhidlər, onların ailəsi və  övladları hörmətlə yad edilməlidir.Bu gün Qazilərimizə də  Can Sağlığı arzulayırıq.

Tədbir, rəngarən musiqi nömrələri ilə müşayiət edilmiş, habelə Şəhid övladları üçün “Şaxta Baba" , “Qar Qız”, eləcə də  müxtəlif nağıl personajlarının iştirakı ilə Şou proqramı nümayiş etdirilmişdir

 Şou proqramı başa çatdıqdan sonra, bütün Şəhid övladlarına qiymətli hədiyyələr təqdim edilmişdir.

 Sonda ,Şəhid ailələrinin nümayəndələri, göstərilən  diqqət və qayğıya görə, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişdilər.


 


Füzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilibFüzuli rayonunda “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi