
Füzuli rayonunda hər şəhidin adına bir ağac əkilib - FOTOLAR
Füzuli rayonunda 8 Noyabr Zəfər Günü ərəfəsində silsilə tədbirlər davam etməkdədir.
Faktinfo.az xəbər verir ki,bu münasibətlə Horadiz şəhərində yerləşən ”Bayraq meydanı”nda ağacəkmə aksiyası keçirilib.Aksiyada rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak edib.Aksiyada Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin hər birinin adına bir ağac əkilib.
Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu 78 şəhid verib. Onlardan biri Vətən Müharibəsi Qəhrəmanı şəhid Zalov Fəqan Amil oğludur.






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın