Füzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilib

Füzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilib - FOTOLAR

Füzulidə rayon ərazisində yaşayan imtiyazlı xəstələrin dərman təminatında yaranmış çətinlikləri aradan qaldırmaq, səyyar qəbullar zamanı vətəndaşların bu istiqamətdə səsləndirdikləri problemləri həll etmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin və Füzuli MRX PHŞ-nin birgə müşavirəsi keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rəhbərliyi ilə keçirilən müşavirədə RİH-nin əməkdaşları, Füzuli MRX PHŞ-nin direktoru və əməkdaşları, İƏD üzrə icra nümayəndələri və əməkdaşları, bələdiyyələr iştirak ediblər.


Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu səhiyyə siyasətindən, bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində aparılan islahatlardan, həyata keçirilən antikorrupsiya tədbirlərindən söz açdı. Rayon rəhbəri ərazidə yaşayan imtiyazlı xəstələrin, xüsusilə şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin dərman preparatları və şəkər ölçən aparatlarla  təminatında müəyyən problemlərin olduğunu diqqətə çatdırdı.  Alı Alıyev vətəndaşların səyyar qəbullar zamanı səsləndirdiyi dərman təminatının yarıdar olmaması, məsafənin uzaqlığı baxımından yaşlı, əlil şəxslərin dərman almaq üçün Füzuli Tibb Mərkəzinə gedə bilməmələri məsələlərini diqqət mərkəzinə çəkib.


Faktinfo.az xəbər verir ki,müşavirədə TƏBİB –in rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən,çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, qrafik üzrə ərazilərə təhkim olunacaq səyyar həkim briqadaları yaradılıb,ərazilərə təcili tibbi yardım maşınları təhkim olunub, imtiyazlı xəstələrin yerində müayinə olunmaları, zəruri dərman preparatları ilə təminatı üçün bu briqadalara və cavabdeh şəxslərə lazımi tapşırıqlar verilib.


Füzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilibFüzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilibFüzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilibFüzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilibFüzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilibFüzuli rayonunda imtiyazlı xəstələrin dərman təminatının asanlaşdırılması ilə bağlı müşavirə keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi