Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Füzuli rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilib.
Faktinfo.az xəbər verir ki,əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak edib, Zobucuq, Qayıdış qəsəbələrində və Bala Bəhmənli kəndi ərazisində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində olub satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.
Mobil qruplar tərəfindən Füzuli rayonu rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdirilir.
Bu xəbər üçün şərh yazın