Füzuli rayonunda şəhid ailələri üçün iftar süfrəsi açılıb- - FOTOLAR
Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müdəqqəs Ramazan Bayramı ərəfəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq –mühafizə orqanlarının rəhbərləri, YAP Füzuli rayon təşkilatının sədri və dindarlar iştirak edib.
İftar süfrəsində şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub,müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs edilib,şəhidlərimizin ruhuna dualar oxunub.
Faktinfo.az xəbər verir ki, görüşdə çıxış edən RİH başçısı Alı Alıyev bildirib ki, Azərbaycan müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət kimi qeyd edir. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsini və tarixi ədaləti bərqərar etməsini hər bir azərbaycanlının fəxr, qürur mənbəyi olaraq diqqətə çatdırıb.
İcra başçısı qeyd edib ki, sevincini yaşadığımız Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimizin, sağlamlıqlarını bu yolda itirən qazilərimizin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunduqlarını da vurğulayıb.
Sonda Alı Alıyev görüş iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Bu xəbər üçün şərh yazın