Füzuli rayonunda silsilə tədbirlər davam edir- 27 sentyabr-Şəhidlərin anım günü qeyd edilir-FOTOLAR
Faktinfo.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri sentyabr ayının 21-22-23 də Füzuli rayon ərazisində dəfn olunan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül dəstələri düzüblər.
İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Bu xəbər üçün şərh yazın