Füzuli RİH başçısı Bakı və Sumqayıt şəhərlərində məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirilmişdir.
Faktinfo.az xəbər verir ki,səyyar qəbulda Füzuli Rayon Prokuroru Elnur Rüstəmov və Füzuli rayonunun Deputatı Vüqar Bayramov iştirak etmişdir. Qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi keçiriləcəyini bildirib. Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Səyyar qəbulda rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Bakı və Sumqayıt şəhərlərində məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.
Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər üçün şərh yazın