Füzuli RİH başçısı bu dəfə vətəndaşlarla Əhmədallar kəndində görüşdü - FOTOLAR
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Əhmədallar kəndində səyyar-qəbul görüşü keçirmişdir.
Görüşdə rayon Prokuroru Elnur Rüstəmov, RPŞ rəisi Zaur Abbasov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib.
Alı Alıyev, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Faktinfo.az xəbər verir ki,Alı Alıyev 2000-dən artıq əhalinin yaşadığı Əhmədallar kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunduğunu, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə etdiyini qeyd edib.
Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Bu xəbər üçün şərh yazın