Füzuli RİH başçısı Şirvanda səyyar qəbul keçirib - Fotolar
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Şirvan şəhərində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul görüşü keçirib.
Faktinfo.az xəbər verir ki, Şirvan şəhərində məcburi köçkün ailələri üçün salınmış şəhərcikdə keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Səyyar qəbulda Şirvan şəhərində məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Füzulili məcburi köçkünlər məcburi köçkün və digər sahələrə aid sənəd almaq üçün tələb olunan arayışların Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada verilməsini xahiş ediblər.
Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, dövlət orqanlarında (o cümlədən yerli icra hakimiyyəti orqanlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması, mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya, o cümlədən Rəqəmsal İcra Hakimiyyəti elektron sisteminin tətbiqinə başlanılıb. Vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində RİH səlahiyyətlərinə aid olan sənədləri onlayn qaydada əldə edə bilərlər.
Şirvan şəhərində məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.
Bu xəbər üçün şərh yazın