Füzuli RİH-in davamlı olan səyyar-qəbulları bu dəfə Saatlıda keçirilib - FOTOLAR
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Saatlı rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirilmişdir.
Saatlı rayonunda məcburi köçkün ailələri üçün salınmış şəhərcikdə keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Faktinfo.az xəbər verir ki,səyyar qəbulda Saatlı rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Sabirabad rayonunda məskunlaşan füzulili məcburi köçkünlər isə işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.
Səyyar qəbul zamanı çıxış edən füzulili məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər üçün şərh yazın