Füzulidə aztəminatlı ailələr üçün sünnət aksiyası keçirilib
Füzulidə cəbhə bölgəsində yaşayan,aztəminatlı və əlil ailələr üçün sünnət aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasına cəbhə bölgəsində yaşayan,aztəminatlı, və əlil ailələrindən olan 50 uşaq cəlb olunub.
Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində 3 cərrah-həkim tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqlara müxtəlif hədiyyələr verilib.
Xəstəxananın direktoru Şaiq Şükürov deyib: Biz aztəminatlı ailələrə yardım məqsədilə bu aksiyanı keçiririk. Bizim rayonda artıq bir neçə ildir ki, belə aksiyalar keçirilir".
Qeyd edək ki, Füzuli rayon ərazisində belə aksiyalar mütəmadi olaraq keçirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın