
Füzulidə Heydər Əliyevin 100 illiyi münasibətilə 920 ədəd çinar, 200 ədəd eldar şamı əkildi - FOTOLAR
Bu gün Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi.
Faktinfo.az xəbər verir ki,aksiyada İnzibati Ərazi Dairələri üzrə icra nümayəndəlikləri, ictimaiyyət nümayəndələri,şəhid ailələri və qazilər iştirak edib.Aksiya zamanı rayonun Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı, Kərimbəyli, Arayatılı, Əhmədalılar kəndləri ərazisində ümumilikdə 920 ədəd çinar, 200 ədəd eldar şamı əkilib.Həmçinin,yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərilib, külək nəticəsində əyilməsinin, sınmasının qarşısını almaq məqsədilə ağaclara taxta dirəklər bərkidilib.








Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın