Füzulidə Qarabağ şəhidlərinin xatirəsinə tikilmiş abidə kompleksinin açılışı oldu — FOTOLAR
Füzuli rayonu İkinci Mahmudlu kəndi ərazisində Əhmədbəyli, İkinci Mahmudlu və Qarabağ kəndlərinin 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə tikilmiş abidə kompleksinin açılış mərasimi oldu.
Qeyd edək ki, abidə kompleksində 14 şəhidin şəkilləri və məlumatları yerləşdirilmişdir. Bunlardan 10 şəhid 1-ci Qarabağ müharibəsinin, 4 şəhid isə 2-ci Qarabağ müharibəsinin şəhidləridir.
Abidə kompleksinin açılışında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etdilər.
Rayon rəhbəri Alı Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsindən və şanlı Qələbədən söz açdı. Rayon rəhbəri bildirdi ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Alı Alıyev bildirib ki, Ali Baş Komandanın cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən üzərində parlaq qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsini təşkil edir. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimizin əzəz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdıran rayon rəhbəri şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilədi.
Tədbirin davamında şəhid ailələri və qazilər çıxış edərək göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlaını bildirdilər.
Tədbir məktəblilərin hazırladıqları şeir komoazisiyası ilə yekunlaşdı.
Bu xəbər üçün şərh yazın