Füzulidə şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı oldu — FOTOLAR
Füzuli rayonunda 8 Noyabr Zəfər Günü ilə əlaqədar şəhidlərin əziz xatirələrinin əbədiləşdirilməsi və ruhlarının ehtiramla yad edilməsi məqsədilə silsilə tədbirlər davam edir.
Bu gün rayonun 6 saylı Qayıdış qəsəbəsində şəhidlərin xarirəsinə ucaldılmış abidənin də açılışı oldu. Abidədə Qayıdış qəsəbələrində yaşamış 4 nəfər Vətən müharibəsi şəhidlərinin şəkilləri və məlumatları əks olunmuşdur.
Bunlar şəhid Quliyev Elnur Eldar oğlu, Rzayev Nurlan Usub oğlu, Şəhid Cəfərov Şəmsi Mahir oğlu , şəhid Ağayev Elmir Rasim oğludur.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri , qazilər, ictimaiyyət nümayəndələri bu gün sözügedən abidənin açılışında iştirak etdilər. Açılışda çıxış edən rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin müsbət nəticələrindən olduğunu diqqətə çatdırdı. Xalqımıza Qələbə sevinci yaşadan qəhrəman şəhidlərimizin əziz xatirələrinin əbədi olaraq yaşayacağını vurğulayan Alı Alıyev, şəhid ailələrinə və qazilərə həssas münasibət göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını rayon rəhbəri xüsusi ilə vurğuladı.
Qeyid edək ki, Füzuli rayonun Vətən müharibəsində 78 şəhidi var. 6 saylı Qayıdış qəsəbəsində Vətən müharibəsinin 4 şəhidinin ailəsi yaşayır.
Açılışda iştirak edən şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın