Füzulinin icra başçısı peyvənd olundu — FOTO
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev koronavirusa qarşı vaksin vurdurub.
İcra başçısı həmçinin Mərkəzi rayon Xəstəxanasında vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub.
Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib. Sonra İcra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın