Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırıldı -

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırıldı - Rəsmi

"İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayon Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb".

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun mətbuata verdiyi məlumatda bildirilir.

Qeyd edək ki, Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.

Onlardan bəzilərinin polis tərəfindən zorakılığa məruz qalmasını əks etdirən kadrlar yayılıb.

DİN məsələnin araşdırıldığını bildirir.

İyunun 21-də Söyüdlü sakinləri yenidən aksiya keçiriblər və bu dəfə rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov da hadisə yerinə gəlib.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi