Gələn il bu qədər insanın maaşı azalacaq
Rusiyada işləyən insanların əməkhaqqıları 2021-ci ildə 2019-cu ilə nisbətən təxminən 11% azalacağı gözlənilir.
Bu barədə "Vedomosti" Strateji Araşdırmalar Mərkəzi tərəfindən aparılan iş mühitinin dekabr ayındakı monitorinqinə istinadən bildirib.
Biznes nümayəndələri Rusiyada iqtisadi vəziyyət işçilərin maaşlarını azaltmağa məcbur edir. Şirkətlərin gəliri böhrandan əvvəlki səviyyədən 86% azalacağı gözlənilir. Eyni zamanda, əməliyyat mənfəəti 88%-dək, tələbat isə 90%-dək azalacaq.
Bununla belə, qeyd olunur ki, 2021-ci ildə ölkədə ciddi sosial-iqtisadi dəyişikliklərin olacağı gözlənilmir.
Rusiyanın Azad İqtisadi Cəmiyyətinin direktoru Marqarita Ratnikovanın sözlərinə görə, dövlətin iqtisadiyyatdakı payı çox yüksəkdir. O bildirib ki, rusiyalıların üçdə biri maaşlarını büdcədən alır. Bu isə maaşların azalmasının onlara təsir etməyəcəyi deməkdir.
Öz növbəsində, Sosial və İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Laura Nakoryakova, ən kobud hesablamalara görə, 20 milyondan çox insanın əməkhaqqılarının azalması ilə üzləşə biləcəyini deyib. Bu, əsasən nəqliyyat və anbar təsərrüfatı, yüngül, qida və ağır sənaye kimi sahələrdə çalışanları əhatə edəcək./APA.az
Bu xəbər üçün şərh yazın