Gəncədə tutulan dekanı Binəqədi məhkəməsi ev dustaqlığına BURAXDI
Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
APA.az-ın əldə etdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib.
Qərara əsasən, Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərtilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, professor Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanıdır.
Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Famil Nəsibov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi üzrə təqsirləndirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın