Generaldan plyonka göstərişi: Sürücüləri incitməyin - Foto

Generaldan plyonka göstərişi: Sürücüləri incitməyin - Foto 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

Bununla bağlı R.Zeynalovun imzaladığı telefonoqram sosial şəbəkələrdə yayılıb.

"Nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməsin", - deyə. general tələb edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, plyonka və pərdələrdən istifadəyə icazə 1 may-15 noyabr tarixləri arasındadır./axar.az



  •  
Generaldan plyonka göstərişi: Sürücüləri incitməyin - Foto
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi