Gözləri 15 faiz görən gənci əsgər aparıblar

Gözləri 15 faiz görən gənci əsgər aparıblar 

Görmə qabiliyyəti zəif olan gənci hərbi xidmətə apardılar.

Bu haqda Bizimyol.info-ya hərbi xidmətə çağrılan Abdıyev Rəşid Abdı oğlunun yaxınları məlumat veriblər. Onlar bildirirlər ki, 2001-ci il təvəllüdlü Abdıyev Rəşid abdı oğlu bugünlərdə hərbi xidmətə aparılıb. Xidmətə aparılması ilə bağlı ona bir gün öncə xəbər edərək sabahsı gün aparıblar.

Lakin məsələnin maraqlı tərəfi isə xidmətə aparılan gəncin gözlərində olan problemdir. O Miofiya Miofik Astiqmatizm xəstəliyindən əziyyət çəkir, gözlərində isə 15 faiz görmə qabiliyyəti var.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə informasiya sorğusu göndərilsə cavab verilməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər