Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi 

Keçmiş deputat Gültəkin Hacıbəylinin 17 yaşlı oğlunun ölkədən çıxışına  qoyulan qadağa götürülüb.

Bu barədə Gültəkin Hacıbəyli özünün “Facebook” səhifəsində paylaşım edib. Bildirib ki, oğlu ilə birlikdə artıq Türkiyədədir.

Xatırladaq ki, G.Hacıbəyli oğlunun ölkədən çıxış qadağasına görə məhkəməyə də müraciət etmişdi. Bu ilin martında Bakı Apellyasiya Məhkəməsi Hacıbəylinin şikayətini təmin edib. Qərar verilib ki, oğlu Toğrul Mehdi 18 yaşı tamam olana qədər xaricdə daimi yaşayış istisna olmaqla, ölkədən gedib-gələ bilər.

Toğrul Mehdi 2017-ci ildən ölkədən çıxa bilmirdi. Atası Mahmud Mehdiyev həmin ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi