“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
"Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir.
2020-ci ilin yekun illik hesabatını hələ də açıqlamayan "Günay Bank” 2019-cu ilin yekun illik hesabatında 13 milyon 682 min manat yığılmış zərəri olduğunu bildirmişdi. 2020-ci ilin yekununda isə cəmi 408 min manat xalis mənfəət əldə edən bankın yığılmış zərərinin yaxın gələcəkdə azalması ehtimal olunmur.
"Günay Bank” 2020-ci ilin son rübündə - 2 milyon 60 min manatlıq bölüşdürülməmiş mənfəətinin olduğunu bildirmişdi. Bununla bərabər 408 min manat xalis mənfəət əldə edən bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 652 min manata düşəcək. Yəni, bank əvvəlcə bölüşdürülməmiş mənfəətini müsbətə tamamlamalı, daha sonra yığılmış zərərini bərpa etməlidir.
Cədvəldə də qeyd olunduğu kimi bank 6 ildən çoxdur ki, yığılmış zərərini artırır. 2014-cü ildən 2019-cu ilin sonunadək bankın yığılmış zərəri 11 milyon 910 min manat artıb. Bankın cəmi kapitalı isə 6 il ərzində 11 milyon 932 min manat azalaraq 51 milyon 227 min manata düşüb.
"Günay Bank”ın səhmdarlarını təqdim edirik:
52,13% – Mahmud Məmmədov
40,05% – Yeganə Şirinova
2,67% – Günay İldırımzadə
2,31% – Xanım Məmmədova
1,12% – Samir Cəfərov
1,10% – Mahir Xəlilov
0,63% – Əhməd Mehribani (Fransa) //valyuta.az//
Bu xəbər üçün şərh yazın