"Günaybank" koronavirusdan sui-istifadə edərək vətəndaşları aldadır – ŞOK İTTİHAM
Jurnalist Əvəz Zeynallı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova müraciət edib.
Pravda.az-ın xəbərinə görə, Ə.Zeynallı müraciətində sahibkarlardan birinin üzləşdiyi problemi qabardıb
“Həsən Həsənov adlı sahibkar "Dünən "Günaybank"dan sahibkarlara verilən pulu almağa getmişdim. Verilən puldan tutulmaqla çek kitabçasını məcburi 20 manata mənə satdılar, üstəgəl, 1.5% əməliyyat pulu tutdular. "Günaybank"ın 1 saylı şöbəsi bu çek kitabçasını məcburi qaydada 20 manata vətəndaşlara sırıyır. Bu şöbə "Binə" ticarət mərkəzində yerləşir və "Günaybank" koronavirusdan sui-istifadə edərək vətəndaşları aldadır. 16.04.2020-ci ildə pul alanlara bu çek verilməyib, 17.04.2020-ci ildən məcburi verilir. Xahiş edirəm, bunu işıqlandırasınız” yazır” – Ə.Zeynallı bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın