Gürcü müxalifəti kütləvi etirazlara hazırlaşır
Gürcüstan müxalifəti iyunun 20-də mərkəzi Rustaveli prospektində, parlamentin binası önündə etiraz aksiyası keçirməkdə israrlıdır.
Bu bəyanatla Gürcüstanın “Stıdno” vətəndaş hərəkatının fəallarından olan Gigi Makarşvili çıxış edib.
Onun sözlərinə görə, hökumət əleyhinə olan aksiyalar mütləq şəkildə baş tutacaq.
G.Makarşvili deyib ki, aksiya iştirakçıları ara məsafəsi saxlamaqla, tibbi maska və infeksiya əleyhinə vasitələrlə təmin olunacaqlar.
“Aksiyaya hakim Gürcü Arzusu Partiyasına müxalif olan bütün siyasi qüvvələr dəvət olunublar”, - deyə Makarşvili vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın