Gürcüstan iqtidarı müxalifətlə danışıqlara razılaşdı
Gürcüstan iqtidarı və müxalifəti yaranmış siyasi böhrana görə danışıqlara başlayacaq. Gürcüstan KİV xəbər verir ki, danışıqlar ölkəsdəki xarici səfirliklərin diplomatları vasitəsilə baş tutacaq.
Əsas müzakirə mövzusu seçkilərdə “alman modeli”nin tətbiq olunması ilə bağlıdır.
Bu barədə məlumatı “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Kobaxidze deyib.
“Bizim beynəlxalq partnyorlarımızla, ölkədəki xarici səfirlik nümayəndələri ilə müzakirələrimiz oldu. Onların təklifi ilə müxalifətin destruktiv mövqeyinə rəğmən, danışıqlar masasına oturmaq qərarı aldıq. Sabah gününü ilk yarısında müxalifət nümayəndələri ilə görüş keçirəcəyik”-deyə Kobaxidze deyib.
Hazırda Gürcüstan Konstitusiyasına əsasən, ölkə deputatlarının 77-si partiya siyahısı, 73-ü isə öz dairələrində qalib gələn deputatlar hesabına formalaşır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın