Gürcüstan parlamenti ətrafında qarşıdurma başladı

Gürcüstan parlamenti ətrafında qarşıdurma başladı 

Tbilisidə Gürcüstan parlamentinin ətrafında gərginlik yaşanır. "Report"un yerli bürosu xəbər verir ki, müxalifətçilər və ictimai fəallar qanunverici orqanın ətrafında aksiya keçirirlər.

Aksiyaçılar İrakli Şotadzenin ölkənin baş prokuroru təyin olunmasına etiraz edirlər.

Etirazçılar parlamentin giriş qapılarına yaxınlaşmağa cəhd ediblər, polis onların qarşısını alıb və nəticədə qarşıdurma baş verib.

Parlamentin sədri Arçil Talakvadze bildirib ki, keçirilən etiraz aksiyası Gürcüstanda demokratiyanın olduğunu göstərir.

Qeyd edək ki, ötən gün parlamentin Hüquqi məsələlər üzrə komitəsi İ.Şotadzenin baş prokuror postuna namizədliyini təsdiqləyib. Qanunverici orqanın bugünkü plenar iclasında məsələnin səsverməyə çıxarılacağı tarix elan olunacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi