Gürcüstan prezidenti: “Ölkədə iğtişaşlar var“
“Dövlət orqanları yalançı həqiqəti sübut etməlidir”.
Bu sözləri Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixail Saakaşvilinin Gürcüstana mümkün gəlişinə cavab verərkən bildirib.
O, hökumətin üzərinə düşən vəzifələrdən və seçkiqabağı mühitdən danışıb.
“Ölkədə iğtişaşlar var, lakin sabahkı seçkilərin açıq, ədalətli və azad bir mühitdə keçməsi üçün əksər ölkələrin sakitliyə ehtiyacı olduğu kimi, Gürcüstanın da buna ehtiyac duyduğu bir dövrdür. Doğru və ya yanlış, bu mövzu özlüyündə seçki öncəsi mühiti pozur. Onsuz da bu gərgin və yorğun olan cəmiyyəti gərginləşdirir və daha da böyük qütbləşmənin ilkin şərtlərini göstərir.”
S.Zurabişvilinin sözlərinə görə, seçkiöncəsi bütün gərginliklərin və sabitliyin pozulması cəhdlərinin qarşısını almaq və qütbləşməyə yol verməmək hökumətin məsuliyyətidir. O qeyd edib ki, dinc və azad bir seçki mühitinin qorunmasının məsuliyyəti hökumətin üzərinə düşür.
“Heç bir partiya dağıdıcı yol tutmayacaq, çünki bizim cəmiyyət, küçələrdəki qütbləşmənin hara gedə biləcəyini yaxşı bilir. Vətəndaş qarşıdurması dövrü keçdi və ölkənin gələcəyinə diqqət yetiriləcəyi təqdirdə, heç bir məsul şəxs bu atəş ilə oynamamalıdır. Bu dəfə bu hadisələrin geri qayıtmayacağına inanıram, çünki vətəndaşlarımız bu cür siyasətçilərə qarşı daha ayıqdır. Mən küçələrdə və meydanlarda olan anarxiyanın deyil, konstitusiya quruluşunun və dinc gələcəyin tərəfdarıyam. Hamını məsuliyyətə çağırıram. Ölkənin sabitliyi bizim heç bir zaman imtina etməyəcəyimiz ümumi uğurumuzdur” – deyə prezident fikirlərini tamamlayıb./Yenisabah.az
Bu xəbər üçün şərh yazın