Gürcüstanda 4 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutkada daha 4 nəfərin koronavirusa yoluxması təsdiqlənib, 2 pasiyent sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 1 010-a, xəstəlikdən sağalanların sayı isə 885-ə çatıb. Vəfat edənlərin sayı isə 15 nəfər təşkil edir.
Hazırda ölkə üzrə karantində 5 640, stasionar nəzarətdə isə 244 nəfər saxlanılır. Xarici ölkələrdən gətirilən 41 Gürcüstan vətəndaşı da vətəndə xüsusi rejimli xəstəxanalarda müalicə olunur. (report)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın