Gürcüstanda demokratik daha bir nümunə-

Gürcüstanda demokratik daha bir nümunə- Proporsional seçki sistemi bərpa olundu

Gürcüstan Parlamenti seçki sistemi ilə əlaqədar konstitusiyaya dəyişikliklər paketini birinci dinləmədə qəbul edib.

Gürcüstan mətbuatı xəbər verir ki, 113 deputatın dəstəyinə ehtiyac duyulan qanun layihəsinə, Parlamentin 136 üzvü lehinə, 5 üzvü isə əleyhinə səs verib.

Qanun layihəsi əsasən, 2020-ci il Parlament seçkilərinin qarşıq sistem əsasında, 120 proporsional, 30 majoritar olmaqla keçiriləcək. Siyasi partiyaların Parlamentdə təmsil edilmələri üçün, 1%-lik barieri keçmələrinə ehtiyyac var.

Bundan əlavə, seçkilərdə 40,54%-dən az səs toplayan partiya, tək başına hökuməti formalaşdıra bilməyəcək.

1%-lik barieri keçməyən partiyaların mandatları isə Parlamentdə bariyeri keçən və ən çox səs toplayan partiya və bloklar arasında bölüşdürüləcək./Publika.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi