Gürcüstanda etirazlar yenidən alovlandı - FOTO
Tbilisidə yenidən etiraz aksiyaları keçirilir.
Yeniavaz.com “Sputnik Georgia”ya istinadla xəbər verir ki, müxalifət liderləri başda olmaqla minlərlə insan baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edir. Etirazçılar hesab edirlər ki, Gürcüstan hakimiyyəti Ukrayna böhranı fonunda həddindən artıq yumşaq mövqe tutub, beynəlxalq sanksiyalara qoşulmaqdan çəkinib.
Cavab olaraq hökumət müxalifətin Gürcüstanı hərbi münaqişəyə cəlb etməyə çalışdığını bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın