
Gürcüstanda koronavirusa 2 nəfər yoluxub
Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da, indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 928-ə çatıb. Onların 794-ü sağalıb, 15-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 809, stasionar nəzarətdə olanların sayı isə 229 nəfər təşkil edir.
Qeyd edək ki, son günlərdə Gürcüstanda yeni yoluxma faktları ölkə ərazisinə daxil olan yük maşını sürücülərində aşkarlanır/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın