Gürcüstanda qalmaqal- Baş prokurorun diplomu saxta çıxdı, istefası tələb olunur
Gürcüstanın baş prokuroru Şalva Tadumadzenin istefası tələb olunur.
Buna onun ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub.
Sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.
Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.
Parlament müxalifəti Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.
Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokurorudur./report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın