Gürcüstanda Ukrayna ilə həmrəylik aksiyası keçirilib - "Ukraynaya göstərmək istəyirik ki..."
Tiflisdə Ukrayna səfirliyinin qarşısında həmrəylik aksiyası keçirilib. Tədbir müxalif "Daha çox azadlıq" partiyası tərəfindən təşkil olunub.
Aksiya iştirakçıları bəyan ediblər ki, indki situasiyada «dost ölkə ilə həmrəyik ifadə etmək çox əhəmiyyətlidir» - həm sıravi vətəndaşlar tərəfindən, həm də Gürcüstan hökuməti səviyyəsində.
Aksiyanın təşkilatçısı Zurab Qirçi Caparidze hesab edir ki, Ukranada cərəyan edənlər Gürcüstana da aiddir.
«Biz strateji həmkarlarıq. Sivilizasiyalı dünyaya - Qərbə doğru gedirik. Bəyan edilmiş hədəflər var - NATO və Avropa İttifaqı (Aİ) üzvü ola bilərik. Bizi təqib edən bədbəxtliklər çoxdur, Rusiyadan qaynaqlanır və yol vermir ki, biz müstəqil qərarlar qəbul edək, azad dünyanı seçək. Belə anlarda birlikdə olmaq vacibdir. Biz, Ukraynaya göstərmək istəyirik ki, onları gerçəkdən dəstəkləyən insanlar var» - Caparidze bəyan edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın