Gürcüstandakı erməni icması azərbaycanlılara qarşı təxribat törədir

Gürcüstandakı erməni icması azərbaycanlılara qarşı təxribat törədir 

2021-ci ilin iyulun 5-də Sputnik Ermənistanın [1] yayımladığı təxribat xarakterli xəbərə əsasən, guya Gürcüstandakı azərbaycanlılar qəsdən uşaqlarla münaqişə yaratmışlar.

Həmin təxribat xarakterli xəbərin mətnini sizə təqdim edirik:

“Batumidə “azərbaycanlılar tərəfindən yaralanmış erməni gənci”nin vəziyyəti haqqında bəzi detallar məlum olmuşdur. Media Analitik Mərkəzinin direktoru Eduard Ayvazyan, oğlanın xəstəxanada olduğunu, əməliyyat olunduğunu, vəziyyətinin getdikcə yaxşılaşdığını və bir neçə gündən sonra xəstəxanadan çıxa biləcəyini qeyd etmişdir. Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin sakini, onuncu sinif şagirdi M.Ustyan qarın nahiyyəsindən bıçaq xəsarəti almış və ağır vəziyyətdə Batumi xəstəxanasına aparılmışdır. Bəzi məlumatlara görə, “30-35 yaşında olan 5-6 azərbaycanlı üç erməni gəncinə yaxınlaşaraq”, Qarabağın kimə məxsus olduğunu soruşmuşlar. Bundan sonra mübahisə başlanmış, “Samtsxe-Cavaxetidən olan yeniyetmələrin ünvanına təhdidlər səslənmiş”, “azərbaycanlılardan biri isə Ustyanı bıçaqla yaralamışdır”. Ayvazyanın sözlərinə görə, hadisə zamanı polis də yaralandığı üçün indi müalicə olunur”[1].

Məlum bir məsələdir ki, Ermənistan əslində təcavüzkar bir dövlət olduğu halda törətdiyi saysız-hesabsız cinayətləri qəsdən azərbaycanlıların üstünə atır, özünü isə hər dəfə “günahsız mələk” kmi qələmə verməyə çalışır. Heç şübhəsiz ki erməni mediası da məqsədyönlü şəkildə Ermənistanın bu cür təcavüzkar siyasətinə və yalanına xidmət edir. Sputnik Ermənistanın yayımladığı təxribat xarakterli xəbərdə, guya “erməni gənclərinə 30-35 yaşlarında olan 5-6 azərbaycanlının yaxınlaşması” və guya “azərbaycanlılardan birinin onuncu sinif şagirdi Ustyanı bıçaqla yaralaması” kimi ittihamlara yer verilir ki, bunlar da azərbaycanlılara qarşı açıq-aşkar böhtan və yalandan başqa bir şey deyildir. Fantaziyalar aləmində yaşayan, Ermənistanın Media Analitik Mərkəzinin direktoru Eduard Ayvazyan bir qədər irəli gedərək, hadisə yerində hətta polisin də guya “azərbaycanlılar tərəfindən yaralandığı”nı qeyd etməyə çalışır.

Qeyd etmək lazımdır ki, bu gün məhz erməni icması dünyanın müxtəlif yerlərində, o cümlədən, Gürcüstanda qəsdən separatçılığı alovlandırır, təxribat törədir, özlərini isə “yazıq” kimi qələmə verirlər. Əsl sual ondan ibarətdir ki, cinayətkarların vətəni olan Ermənistandan nə gözləmək olar? Təbii ki hər şey gözləmək olar. Buna sübut olaraq, “erməni yazıçı-şairi” Zori Balayanın, 1996-cı ildə nəşr olunan “Ruhumuzun dirçəlişi” adlı [2] əsərində, Xocalıda ermənilərin necə amansızcasına günahsız insanları işgəncə ilə öldürməsinə dair etirafını göstərmək olar. Z.Balayan həmin əsərində, ermənilər tərəfindən 13 yaşlı günahsız türkün mismarla pəncərəyə vurulmasını, dərisinin soyulmasını, 7 dəqiqədən sonra uşağın işgəncəyə dözməyərək qan itkisindən ölməsini, o cümlədən, Xaçatur adlı erməninin qətlə yetirilmiş uşaqların meyitini parçalamasını və itlərə atmasını fəxrlə qeyd edir. Bu məqamdan göründüyü kimi erməni müəllifi öz əsərində, ermənilərin heç bir insanlığa sığmayan, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərini etiraf edir [2].

Ermənilər nəinki günahsız insanları məhv edir, canlı təbiətə də qəsdən ziyan vururlar. Belə ki, ölkələrarası transsərhəd çayı [3] hesab olunan Oxçuçayın, Ermənistandakı dağ-mədən sənayesi tərəfindən davamlı olaraq çirklənməyə məruz qalması, Oxçuçayın ekosisteminə ciddi şəkildə ziyana vuraraq onu sıradan çıxarır.

Azərbaycanın işi haqq işidir və ermənilər artıq törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verirlər. Bu baxımdan qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlılara işgəncə verən ermənilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç [4] öz əməllərinə görə Azərbaycanın ədalət məhkəməsində mühakimə olunurlar. Ermənilər etdikləri əməllərinə görə Azərbaycan xalqından üzr istəyirlər. Lakin sonrakı peşmançılıq heç kəsə fayda vermir. Məhkəmə prosesi hələ davam edəcək, onlar isə birmənalı şəkildə əməllərinə görə cəzalanacaqlar.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi və diplomatik məharəti sayəsində heç bir güllədən belə istifadə olunmadan Ağdamın, Füzulinin və Zəngilanın mina xəritələri [5] əldə olunmuşdur. Məlum məsələdir ki, ermənilər təxribat törətmək məqsədilə mina xəritələrini verməməyə çalışırdılar. Lakin Ali Baş Komandanımız İlham Əliyev, düşünülmüş strategiyası sayəsində bu uğura nail olmağı bacardı.

Ədəbiyyat siyahısı:

1. Поножовщина в Батуми: известно состояние раненого юноши-армянина \05.07.2021\ https://ru.armeniasputnik.am/incidents/20210705/28175357/Chey-Karabakh-izvestno-sostoyanie-yunoshi-armyanina-ranennogo-v-ponozhovschine-v-Batumi.html

2. Зори Балаян признался в геноциде азербайджанцев армянами в Ходжалах /26.02.2013/ https://maxpark.com/community/13/content/1844873

3. Ermənilər Oxçuçayı belə çirkləndirir – VİDEO /03.07.2021/ https://report.az/qarabag/ermeniler-oxcucayi-bele-cirklendirir-video/

4. İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından üzr istədi /07.07.2021/ https://nocomment.az/isgence-veren-ermeniler-mehkemede-azerbaycan-xalqindan-uzr-istedi/

5. Füzuli və Zəngilanın mina xəritəsi: Əliyev nələrə nail oldu? /04.07.2021/ https://axar.az/news/gundem/570420.html

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

Gürcüstandakı erməni icması azərbaycanlılara qarşı təxribat törədir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi