“Hacı Əbdül 29 il bundan əvvəl uzağı görürmüş…” – Araz Əlizadə

“Hacı Əbdül 29 il bundan əvvəl uzağı görürmüş…” – Araz Əlizadə 

“Milli Məclisdə elə təkliflər olur ki, sanki, bütün problemləri həll etmişik, bəzi xırda problemlər qalıb…

 29 il öncə, Azərbaycanın indiki bayrağı təsdiq ediləndə, Hacı Əbdül Əbdülov çıxış edərək demişdi ki, yaşıl rəng yuxarıda olsun. O, 29 il bundan əvvəl uzağı görürmüş… Ay camaat, bayrağı qoyuluşunu dəyişməzlər, bir dəfə qəbul edərlər, sonra da sitayiş edərlər, diz çökərlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə deyib.

Deputat qeyd edib ki, bayrağı oyuncağa çevirməzlər: “Belə olan halda, nəvələrimizə milli ruhu aşılaya bilməyəcəyik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, deputatlar bu məsələni öz bildikləri kimi yozmağa cəhd edirlər:“Azərbaycanın dövlət bayrağı anlayışı Konstitusiyada qeyd olunub. Biz xüsusi olaraq dövlət bayrağından istifadə qaydaları haqqında məsələni qanunla həll etmişik. Azərbaycan dövlətinin, ictimaiyyətinin bu məsələyə münasibəti çox ciddidir. Əgər doğrudan da, Nazirlər Kabinetinin qərarı ilə qanun arasında hər hansı ziddiyyətlə bağlı ciddi məlumat varsa, müzakirə edə bilərik. Amma tam əminəm ki, bu, belə deyil. Çünki bayraqdan istifadə qaydaları qanunla tənzimlənir, orada bütün detallar yazılıb. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarına dəyişiklik layihəsi Konstitusiya qanununa uyğunlaşdırmadır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi