Hacı Şahin Həsənlinin ölüm səbəbi bəlli oldu - Rəsmi
Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
Sosial şəbəkələrdə onun bu gün səhər sübh namazı zamanı ürəktutmadan dünyasını dəyişdiyi bildirilib.
Globalinfo.az saytı isə bir müddət əvvəl onun ürəyinə stent qoyulduğunu yazıb.
Qeyd olunub ki, son günlər də ürəyində narahatlıq yaranıb və ilahiyyatçı bu gecə yatıb, oyanmayıb.
Allah rəhmət eləsin!
***
TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.
Bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb:
"Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".
Bu xəbər üçün şərh yazın