Hacı Şahin Qurban Bayramının vaxtını açıqladı

Hacı Şahin Qurban Bayramının vaxtını açıqladı 

“Qurban Bayramında bayram namazı iyulun 21-də qılınacaq”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. O, bayram namazına daha çox insanın qatılmasına icazə verilib-verilməyəcəyi ilə bağlı suallara da aydınlıq gətirib:

“Bu barədə hazırda məndə dəqiq məlumat yoxdur. Hər şey yoluxma səviyyəsindən və vaksinasiyanın vəziyyətindən asılıdır. Hazırda vəziyyət əlverişlidir, ona görə də məscidlər müəyyən şərtlərlə fəaliyyət göstərir. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı da artsa, yoluxma dinamikası belə qalarsa və ya daha müsbət dinamika müşahidə olunarsa, o zaman yəqin ki, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər. Amma bu barədə indidən qəti söz söyləmək çox çətindir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu il Qurban bayramının iyulun 20-21-nə təsadüf etdiyini açıqlamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi